“Sərhədçi” Peşəkar Çövkən Liqasının qalibi oldu
“Sərhədçi” Peşəkar Çövkən Liqasının qalibi olub.
Sportify.az xəbər verir ki, sərhədçilər bu tur “Zəfər”i 1-0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə turun mərkəzi qarşılaşmasında “Elite” “Polad”a 2-3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib. Turun “Şamaxı” – “Atilla” oyununda şirvanlılar çempionatda ən böyükhesablı qələbələrini qazanıblar, 8-0. “Xəzər” – “Omar” qarşılaşmasında qalib müəyyənləşməyib, 2-2. “Buta Golden”in çempionatdan çıxmasına görə texniki 3 xal bu dəfə”Embawood”un aktivinə yazılıb.
Çempionatın son turunda “Sərhədçi” ilə “Elite” arasında prinsipial qarşılaşma olacaq. “Elite”nin büdrəyəcəyi, digər oyunda “Polad”ın “Şamaxı”nı məğlub edəcəyi halda gümüş medallar “Polad”a qismət olacaq.



No Comment! Be the first one.