"Real Madrid"dən darmadağın, İngiltərə klublarından heç-heçə - YENİLƏNDİ
UEFA Çempionlar Liqasında V turun ilk oyun gününə yekun vurulub.
Sportify.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən “Qalatasaray” İngiltərənin “Aston Villa” komandasını qəbul edib.
Meydan sahibləri Deniz Gülün qolu ilə qalib gəliblər – 1:0.
Digər oyunlara gəldikdə, “Real Madrid” İspaniyada Niderland PSV-sini darmadağın edib – 5:1. Qollardan 2-ni Kilian Mbappe vurub. Beləliklə, “kral klubu” 5 oyundan 5-ci qələbəsini 5 qolla qazanıb.
Gecənin daha bir məhsuldar nəticəsi İngiltərədə “Mançester Siti” ilə İtaliya “Napoli”si arasındakı görüşdə qeydə alınıb. Tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.
“Arsenal” da gecənin mərkəzi qarşılaşmasında Almaniyanın “Borussiya Dortmund” komandası ilə bərabərə qalıb – 1:1.
Debütant “Komo” isə İtaliyada Yunanıstanın “AEK Afina” komandasını minimal hesabla yenərək, növbəti qələbəsinə imza atıb. Bununla da “Komo” 12 xalla 3-cü pilləyə yüksəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
21:45. “Budö Qlimt” (Norveç) – LASK (Avstriya) – 1:0
Qol: Andreas Helmersen, 90+2
21:45. “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə) – 1:0
Qol: Deniz Gül, 78
00:00. “Real Madrid” (İspaniya) – PSV (Niderland) – 5:1
Qollar: Federiko Valverde, 50. Cud Bellingem, 60. Kilian Mbappe, 64; 84. Vinisius Junior, 87 – İvan Perişiç, 32-penalti.
00:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:2
Qollar: Ayyub Buadi, 67. Rayan Şerki, 86 – Rasmus Höylunn, 55. Noa Lanq, 76
00:00. “Arsenal” (İngiltərə) – “Borussiya Dortmund” (Almaniya) – 1:1
Qollar: Viktor Dökereş, 10 – Maksimilian Beyer, 55
00:00. “Feyenoord” (Niderland) – “Portu” (Portuqaliya) – 0:1
Qol: Ussama Tarqallin, 2-avtoqol
00:00. “Leyptsiq” (Almaniya) – “Lans” (Fransa) – 4:1
Qollar: David Raum, 6. Antonio Nusa, 9; 90+4 – Mattyö Yudol, 58
00:00. “Slovan Bratislava” (Slovakiya) – “Betis” (İspaniya) – 0:2
Qollar: Kuço Ernandez, 43; 57
00:00. “Komo” (İtaliya) – “AEK Afina” (Yunanıstan) – 1:0
Qol: Luis Milya, 57
İstifadə olunmamış penalti: Lüka Da Kunya, 29 (“Komo”)
Qeyd edək ki, Çempionlar Liqasının V turunun daha 9 oyunu noyabrın 25-də keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” İspaniyanın “Barselona” kollektivini qəbul edəcək.



No Comment! Be the first one.