Futbolçu oyundan sonra güllələnərək öldürüldü
Meksikada 26 yaşlı futbolçu Luis Alberto Rios Çaves silahlı hücum nəticəsində öldürülüb.
Sportify.az “TV Azteca”ya istinadən xəbər verir ki, hadisə Quanaxuato ştatının İrapuato şəhərindəki “La Estrella” futbol meydançasında baş verib.
Həvəskar komandalar arasında keçirilən oyundan sonra idman kompleksinin ərazisində olan futbolçu motosikletlə hərəkət edən silahlı şəxslərin hücumuna məruz qalıb.
Atəş açılması nəticəsində ağır yaralanan Çaves hadisə yerində keçinib. Hücum zamanı daha bir kişi xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Hücum edənlər hadisə yerindən qaçıblar. Polis faktla bağlı araşdırmaya başlayıb. Cinayətin motivi hələlik məlum deyil.
Qeyd edək ki, Luis Alberto Rios Çaves daha əvvəl Meksika çempionatının aşağı liqalarında “Atletiko San-Fransisko”nun formasını geyinib. Son vaxtlar həvəskar “Arandas” klubunda çıxış edən futbolçu, eyni zamanda “Loros” futbol akademiyasında uşaq məşqçisi kimi çalışıb.



No Comment! Be the first one.