"Fənərbağça"dan qələbə, PSJ-dən heç-heçə, "Bavariya"dan məğlubiyyət - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna yekun vurulub.
Sportify.az xəbər verir ki, turun ikinci oyun günündə daha 9 qarşılaşma keçirilib.
Türkiyənin “Fənərbağça” klubu Ukrayna “Şaxtyor”unun qonağı olub. İngiltərənin paytaxtı Londondakı “Stemford Bric” stadionunda təşkil olunmuş qarşılaşma İstanbul komandasının qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 56-cı dəqiqədə Vedat Muriç vurub.
Bununla da “Fənərbağça” xalını 8-ə çatdıraraq, 16-cı pilləyə yüksəlib. “Şaxtyor” isə 4 xalla 26-cı yerdə gedir.
Çempionlar Liqasının son qalibi Fransa PSJ-si İtaliya “Roma”sı ilə məhsuldar heç-heçə edib – 2:2. Nəticədə PSJ ilk dəfə xal itirib. Hazırda Paris komandası 13 xalla 2-ci yerdə gedir. İlk pillədə isə itkisiz irəliləyən yeganə komanda – İspaniya “Real Madrid”i qərarlaşıb.
Fransanın digər təmsilçisi “Lill” isə Almaniya “Bavariya”sına qalib gəlməyi bacarıb – 2:1.
“Sabah”ın növbəti rəqibi İspaniya “Vilyarreal”ı Azərbaycan təmsilçisinin qalib gəldiyi yeganə komanda “Slaviya Praqa”nı Çexiyada minimal hesabla yenib.
Hazırda “Sabah” 3 xalla 33-cü, “Vilyarreal” isə 6 xalla 24-cü yerdə gedir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
25 noyabr
21:45. “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) – 1:4
Qollar: Coy Lens Mikels, 63 – Entoni Qordon, 31; 51. Karim Adeyemi, 55. Qabriel Jezus, 60
21:45. “Slaviya Praqa” (Çexiya) – “Vilyarreal” (İspaniya) – 0:1
Qol: Teycon Bükenen, 62
00:00. “Atletiko Madrid ” (İspaniya) – “Vikinq” (Norveç) – 2:0
Qollar: Aleksander Sörlot, 19, Xulian Alvares, 24
Qırmızı vərəqə: Henrik Falşener, 90+1 (“Vikinq”)
00:00. “Brügge” (Belçika) – “Liverpul” (İngiltərə) – 0:3
Qollar: Aleksender İsak, 13; 83. Florian Virts, 79
00:00. “İnter” (İtaliya) – “Ştutqart” (Almaniya) – 2:0
Qollar: Petar Suçiç, 57 (pen.). Lautaro Martines, 74
00:00. “Şaxtyor” (Ukrayna) – “Fənərbağça” (Türkiyə) – 0:1
Qol: Vedat Muriç, 56
00:00. “Lill” (Fransa) – “Bavariya” (Almaniya) – 2:1
Qollar: Ayase Ueda, 62. Aleksandar Pavloviç, 65 (avtoqol) – Dayo Upamekano, 15
00:00. PSJ (Fransa) – “Roma” (İtaliya) – 2:2
Qollar: İlya Zabarnı, 31. Usman Dembele, 62 (pen.) – Mario Hermoso, 5. Doniell Malen, 78 (pen.)
00:00. “Sportinq” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) – 2:2
Qollar: Luis Suares, 33-penalti; 80 – Brunu Fernandeş, 48 (pen.); 50
Qırmızı vərəqə: Yuri Tilemans, 90+3 (“Mançester Yunayted”)
İstifadə olunmamış penalti: Luis Suares, 30 (“Sportinq”)



No Comment! Be the first one.