AFFA "Sumqayıt"ı cərimələdi, futbolçusunu cəzalandırdı
AFFA İntizam Komitəsi “Sumqayıt”ın futbolçusunu cəzalandırıb.
Sportify.az xəbər verir ki, AFFA İntizam Komitəsinin iclasında qəbul edilən qərara görə Misli Premyer Liqasında XII turun “Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt” komandasının 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq.
“Sumqayıt” komandası isə buna görə 500 manat cərimə edilib.



No Comment! Be the first one.