“Gəncə”də yeni müqavilə
“Gəncə” basketbol klubu Mirməcid İsmayılovla müqavilənin müddətini uzadıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a bildirilib ki, Gəncə basketbol məktəbinin yetirməsi ilə yeni anlaşma 2026–2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.
21 yaşlı basketbolçu hücumçu mövqeyində çıxış edir və qarşıdakı mövsümdə də “Gəncə”nin uğurları üçün mübarizə aparacaq.


No Comment! Be the first one.