“Arsenal”ın hədəfi Romerodur
“Arsenal” heyətini gücləndirmək üçün “Tottenhem”in kapitanı Kristian Romeronu transfer siyahısına daxil edib.
Sportify.az xəbər verir ki, The Athletic nəşrinin məlumatına görə, “Arsenal” argentinalı müdafiəçinin vəziyyətini yaxından izləyir.
28 yaşlı futbolçunun “Tottenhem”dəki gələcəyi hələ də qeyri-müəyyəndir. Romeroya İtaliya təmsilçisi “İnter” maraq göstərir, İspaniya klubu “Atletiko Madrid”in də onun transferi üçün cəhdlər etdiyi bildirilir.
Mənbənin iddiasına əsasən, “Arsenal” müdafiə xəttini gücləndirmək məqsədilə Kristian Romeronun mümkün transferini nəzərdən keçirir.
Bununla belə, “Tottenhem”in komanda kapitanını birbaşa əsas rəqiblərindən birinə satmağa razılaşacağı gözlənilmir. Hazırda “Arsenal”ın bu transferlə bağlı London təmsilçisinə rəsmi təklif göndərmədiyi qeyd olunur.


No Comment! Be the first one.