Millimiz qalib gəldi
Azərbaycanın qızlardan ibarət 18 yaşadək basketbol üzrə milli komandası Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, 17-20-ci yerlər uğrunda keçirilən qarşılaşmada millimiz Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.
Evren Alkayanın rəhbərlik etdiyi komanda ilk hissəni 40:42 hesabı ilə geridə başa vursa da, ikinci yarıda əzmkar oyun nümayiş etdirərək 75:73 hesablı qələbə qazanıb.
Görüşün ən dəyərli basketbolçusu (MVP) Azərbaycan millisinin üzvü Deniz Gökçöl olub. O, 19 xal və 4 ribaundla komandasının qələbəsində mühüm pay sahibi olub.
Qeyd edək ki, U-18 millimiz növbəti oyununu avqustun 8-də Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.



No Comment! Be the first one.