Bu qurum İnfantinonu istefaya çağırdı
Norveç Futbol Federasiyası (NFF) FIFA prezidenti Canni İnfantinonun dərhal istefasını tələb etmək qərarına gəlib.
Sportify.az xəbər verir ki, NFF bununla bağlı gələn həftə FIFA-ya rəsmi məktub göndərəcək. Bununla da Norveç Futbol Federasiyası İnfantinonun istefasını açıq şəkildə tələb edən ilk milli federasiya olacaq.
NFF prezidenti Lise Klaveness bildirib ki, artıq Canni İnfantinoya etimad qalmayıb:
“Biz uzun müddətdir narahat idik və vəziyyət hər il daha da pisləşirdi. Bizim üçün etimad tamamilə itib və İnfantino üçün geri dönüş yolu yoxdur”.
Qeyd edək ki, Canni İnfantino dünya çempionatının yayım hüquqlarının kommersiya qurumlarına satılması planını açıqladıqdan sonra ciddi tənqidlərlə üzləşib. Daha sonra FIFA layihənin hazırlanmasında müəyyən səhvlərin olduğunu etiraf etsə də, qurum prezidentinə dəstəyini davam etdirib.



No Comment! Be the first one.