Dursunun yeni klubu
Türkiyənin “Fənərbağça” komandasının sabiq futbolçusu Sərdar Dursun karyerasını “Qaziantep”də davam etdirəcək.
Sportify.az Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Təcrübəli forvard son olaraq “Kocaelispor”un heyətində çıxış edib.
Qeyd edək ki, Sərdar Dursun 2020–2021-ci illər mövsümündə Almaniyanın II Bundesliqasında bombardir olub.



No Comment! Be the first one.