Bölgə klubuna yeni sponsor gəldi
“Şimal Futbol Klubu ilə xaçmazlı iş adamı Eldarov Namik Xanlar oğlu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Sportify.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Müqaviləni klubun prezidenti Qılman İbrahimov, digər tərəfdən isə iş adamı Namik Eldarov imzalayıb.
Müqaviləyə əsasən, Namik Eldarov klubun inkişafına dəstək verəcək. Klub isə əməkdaşlıq çərçivəsində sahibkara məxsus “Kristal Ticarət Mərkəzi” (KRİSTAL Ticarət Mərkəzi ) brendinin tanıdılması və ictimaiyyət arasında təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirəcək.



No Comment! Be the first one.