“Ulduz” komandası çempion oldu
“Ulduz” Futbol Akademiyasının U-16 qızlardan ibarət komandası Qırğızıstanda keçirilən beynəlxalq turnirdə qalib olub.
Sportify.az xəbər verir ki, 3 – 8 avqust tarixlərində İssık-Kulda təşkil olunan “Asiya – sülh və əməkdaşlıq regionu” turnirində Azərbaycanı “Ulduz” Futbol Akademiyası təmsil edib.
Akademiyanın U-16 qızlardan ibarət komandası turnirin yekununda bütün rəqiblərini geridə qoyaraq çempion adına yiyələnib.
Qeyd edək ki, “Ulduz” Futbol Akademiyası son illərdə qız futbolunun inkişafı istiqamətində fəaliyyət göstərir.




No Comment! Be the first one.