Zinəddin Zidanın oğlu “Leqanes”də
Əlcəzair millisinin qapıçısı Luka Zidan İspaniyanın “Leqanes” klubuna transfer olunub.
Sportify.az xəbər verir ki, 28 yaşlı qolkiper yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Transferin maliyyə detalları açıqlanmayıb.
Zidan “Leqanes”ə azad agent kimi keçib. Onun son klubu 2024-cü ilin yayından formasını geyindiyi “Qranada” olub. 2025/2026 mövsümündə qapıçı 27 matçda meydana çıxıb və 33 qol buraxıb. O, 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Luka Zidan karyerası ərzində “Eybar”, “Rayo Valyekano”, “Rasinq” və “Real Madrid” klublarında da çıxış edib.
O, Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidanın oğludur və “Real Madrid”in yetirməsidir.
“Transfermarkt” 28 yaşlı qapıçının hazırkı transfer dəyərini 1 milyon avro qiymətləndirir.
Qeyd edək ki, “Leqanes” ötən mövsüm İspaniyanın səviyyəcə ikinci liqası sayılan Sequndada 16-cı yeri tutub.



No Comment! Be the first one.