Millimiz Dünya Kubokunda 2 qızıl, 5 bürünc medal qazandı - FOTOLAR
Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokunda 7 medal qazanıb.
Sportify.az xəbər verir ki, Xədicə Qədəşova 57 kq, Davud Namazlı 100 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi 48 kq), eləcə də Aytac Verdiyeva (57 kq), Nilgün Rzayeva (63 kq) və Canpolad Əliyev (100 kq) bürünc medala yiyələnib.
Bununla da Azərbaycan millisi 2 qızıl, 5 bürünc medalla ümumi komanda hesabında, 1 qızıl 4 bürünc medalla qızların, 1 qızıl, 1 bürünc medalla oğlanların mübarizəsində 3-cü yeri tutub.
x


No Comment! Be the first one.