PFL onunla yola davam edir
Azərbaycan Premyer Liqasının titul sponsorunun adı dəyişməyib.
Sportify.az xəbər verir ki, Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında əməkdaşlığın müddəti uzadılıb.
Razılaşmaya əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq. Bununla da ölkə çempionatı növbəti mövsümdə də “Misli Premyer Liqası” adlanacaq.
Qeyd edək ki, “Misli”nin Premyer Liqaya sponsorluğu artıq beşinci mövsümdür davam edir. Tərəflər arasında əməkdaşlıq çərçivəsində Azərbaycan futbolunun inkişafına və çempionata marağın artırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir.
“Misli” eyni zamanda Azərbaycan milli komandasının rəsmi sponsorudur.
Xatırladaq ki, 2026/2027-ci illər mövsümünün “Misli Premyer Liqası” avqustun 14-də start götürəcək.



No Comment! Be the first one.