Ağadadaş Salyanski “Araz-Naxçıvan”da
“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, Naxçıvan təmsilçisi “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini icarəyə götürüb.
22 yaşlı forvard 2026/2027-ci illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Tərəflər arasında imzalanan müqavilənin müddəti 1 ildir.
Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.



No Comment! Be the first one.