Elçin Məmmədov Gürcüstanda səfərdə olub
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.
Sportify.az xəbər verir ki, UEFA tərəfindən ezam olunan Elçin Məmmədov avqustun 8-9-da səfər çərçivəsində ötən mövsüm Gürcüstan çempionu olan “İberia” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib.
Səfərin əsas məqsədi arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndirmək olub.
Səfər çərçivəsində “İberia” klubunun nümayəndələri ilə görüş də keçirilib. Görüş zamanı ötən mövsümlə müqayisədə yeni mövsümdə UEFA qaydalarında tətbiq olunacaq dəyişikliklər müzakirə edilib.



No Comment! Be the first one.