"Neftçi"də növbəti legioner - RƏSMİ
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribek ilə 2+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş 25 yaşlı oyunçunun sonuncu klubu ZTE olub. O, 2026/2027 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.
Universal futbolçu olan Skribek həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.
2023/2024 mövsümündə “Pakş” klubu ilə ölkə kubokunu başı üzərinə qaldırmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 3 assist edib.



No Comment! Be the first one.