"Sabah"ın pley-off oyunlarının stadionu açıqlandı - RƏSMİ
“Sabah” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı və yeri müəyyənləşib.
Sportify.az xəbər verir ki, ilk oyun avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
İsraildə beynəlxalq oyunların təşkilinə icazə verilmədiyindən, rəqib komanda Buxarestdəki “Culeşti” stadionunu seçib. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Bunadək “Hapoel Beer Şeva” rəqiblərini Macarıstanın “Haladaş” stadionunda qəbul edib.
Cavab görüşü isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Matçın start fiti saat 20:45-də çalınacaq.
Daha əvvəl “Sabah” ev oyunlarını Masazırdakı “Bank Respublika Arena”da keçirib.



No Comment! Be the first one.