Roma argentinalı müdafiəçini transfer etdi
“Roma” heyətini argentinalı futbolçu ilə gücləndirib.
Sportify.az xəbər verir ki, paytaxt təmsilçisi İspaniyanın “Atletiko Madrid” klubunda çıxış edən Nahuel Molinanı transfer edib.
28 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Transferin məbləğinin 18 milyon avro olduğu bildirilir.
Molina 2022-ci ildən “Atletiko Madrid”in formasını geyinirdi. O, bundan əvvəl İtaliya A Seriyasında “Udineze”nin heyətində iki mövsüm çıxış edib.
Argentina millisində 65 oyuna çıxan Molina 1 qola imza atıb.



No Comment! Be the first one.