PSJ-dən Luis Enrike qərarı
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportify.az yerli mətbuata istinadən xəbər verir ki, tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər.
Yalnız bir neçə detalın yoluna qoyulması qalıb.
İspaniyalı mütəxəssislə və idman direktoru Luis Kamposla yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulacaq.
Yenilənmənin rəsmiləşdirilməsi parlaq dövr – oyunçuların dünya çempionatından sonra qayıdışları, UEFA Super Kuboku və Fransa Super Kubokuna hazırlıq, habelə transfer bazarında fəaliyyət üzündən bir qədər ləngiyib.
Qeyd edək ki, Luis Enrike PSJ-nin baş məşqçisi kimi 2023-cü ildən çalışır və artıq klub tarixinin ən uğurlu baş məşqçilərindən birinə çevrilib. Onun rəhbərliyi altında Paris komandası 3 dəfə Fransa çempionluğu və Super Kubokunu, 2 dəfə Fransa Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunu, habelə Qitələrarası Kuboku qazanıb.



No Comment! Be the first one.