"Neftçi"nin futbolçusu Tunisə getdi, müqavilə imzaladı - VİDEO
“Neftçi” futbolçusu İmad Fərəclə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Tunisin “Esperans” klubuna keçib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, ötən gün Tunisə yollanan Mərakeş əsilli fransalı vingerlə rəsmi müqavilə imzalanıb. Transferin yaxın vaxtlarda klub tərəfindən açıqlanacağı gözlənilir.
İddiaya görə, “Esperans” 27 yaşlı oyunçu üçün Azərbaycan klubuna təzminat ödəyəcək.
Xatırladaq ki, 2025-ci ilin yayında “Neftçi”yə keçən İmad Fərəc Bakı klubunun heyətində 31 oyuna 7 qol vurub.



No Comment! Be the first one.