Fənərbağça” Fredlə yollarını ayırdı
Türkiyənin “Fənərbağça” klubu braziliyalı yarımmüdafiəçi Fredlə yollarını ayırıb.
Sportify.az xəbər verir ki, İstanbul təmsilçisi 33 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında vidalaşıb. Bununla bağlı Türkiyə Futbol Federasiyasına da məlumat verilib.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü Fred 2023-cü ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya transfer olunmuşdu.



No Comment! Be the first one.