“Sabah”ın rəqibi darmadağın oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la üz-üzə gələcək “Hapoel Beer Şeva” komandası İsrailin səviyyəcə üçüncü yarışı olan Toto Kubokunda 5-ci yer uğrunda görüşə çıxıb.
Sportify.az xəbər verir ki, rəqib “Hapoel Hayfa” olub.
Hayfa şəhərindəki “Sammi Ofer” stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.
Qeyd edək ki, “Hapoel Beer Şeva” “Sabah”la ev oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, səfər matçını avqustun 25-də Bakıda keçirəcək.



No Comment! Be the first one.