“Sportinq” İrankundanı heyətinə qatdı
Portuqaliyanın “Sportinq” klubu Avstraliya millisinin futbolçusu Nestori İrankunda ilə müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə 30 iyun 2031-ci ilədək anlaşma əldə olunub.
İrankundanın əvvəlki klubu İngiltərə təmsilçisi “Uotford” olub. Onun bu klubla müqaviləsi 2030-cu il iyunun 30-dək nəzərdə tutulmuşdu.
İrankunda 2025/2026 mövsümündə “Uotford”un heyətində 42 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı avstraliyalı futbolçunun transfer dəyərini 10 milyon avro qiymətləndirir. “Sportinq”ə yaxınlığı ilə seçilən “Talking Sporting” nəşrinin məlumatına görə isə Lissabon klubu İrankundanın transferi üçün 17 milyon avro ödəyib.
Qeyd edək ki, İrankunda Avstraliya milli komandasının heyətində 2026-cı il dünya çempionatında iştirak edib və Türkiyə yığmasının qapısına qol vurub.


No Comment! Be the first one.