Azərbaycanın daha 2 boksçusu 1/4 finalda
Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib.
Hər 3 raundu xeyrinə bitirən Əliyev yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, avqustun 18-də 1/4 finalda Kristian Jubani (İrlandiya) ilə qarşılaşacaq.
Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatında ilk döyüşündə Angeliki Petroula Sduqa (Yunanıstan) ilə gücünü yoxlayıb. Nəsirli üçüncü raundda tam üstünlüklə qələbə qazanıb.
O, 1/4 finalda ilk mərhələdən azad olan Katarjina Qornisieviçlə (Polşa) gücünü yoxlayacaq. Görüş avqustun 17-də olacaq.
Qeyd edək ki, daha öncə Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.



No Comment! Be the first one.