AFFA-nın baş katibi “Sabahın Ulduzları” yarışında
AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupu üzrə 4-cü turunda keçirilən “Sabah” – “Zirə” qarşılaşmasını izləyib.
Sportify.az xəbər verir ki, Cahangir Fərəcullayev yarış çərçivəsində təşkilati işlərlə yaxından tanış olub, könüllülərlə görüşüb. O, qarşılaşmaların “CBC Sport” telekanalı və BFF-nin “YouTube” kanalı vasitəsilə canlı yayımlanması üçün görülən işləri yüksək qiymətləndirib.
AFFA-nın baş katibi BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsi zamanı “Sabahın Ulduzları” layihəsinin əhəmiyyətinə də toxunub.
Cahangir Fərəcullayev bildirib ki, layihə ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komandamızın müvafiq yaş qrupu üzrə formalaşdırılması baxımından mühüm rol oynayır.




No Comment! Be the first one.