“Qarabağ”dan Abdullah Zubirə təşəkkür
“Qarabağ” klubu Abdullah Zubirlə bağlı paylaşım edib.
Sportify.az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkə hesabında fransalı futbolçuya komandada keçirdiyi illər, meydandakı mübarizəsi, kapitanlığı və vurduğu qollar üçün təşəkkür edib.
“Qarabağ” paylaşımında Zubirə müraciətlə “Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!” sözlərini yazıb.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, komandanın heyətində keçirdiyi illər ərzində Azərbaycan futbolunda və klubun beynəlxalq arenadakı çıxışlarında mühüm rol oynayıb.



No Comment! Be the first one.