Niderlandın paytaxtı Amsterdamda akademik avarçəkmə üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan yarışda iki idmançı ilə təmsil olunacaq.
Sportify.az xəbər verir ki, avqustun 24-30-da Niderlandın Amsterdam şəhərində akademik avarçəkmə üzrə dünya çempionatı təşkil olunacaq.
60-dan çox ölkədən idmançıların qatılacağı mötəbər yarışda Azərbaycanı Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil edəcəklər.
Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları iki nəfərlik qayıqda yüngül çəki kateqoriyasında mübarizə aparacaqlar.
Qeyd edək ki, komandanın hazırlığına akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Volodimir Morozov rəhbərlik edəcək.



No Comment! Be the first one.