“Benfika”nın futbolçusu “Nyukasl”da
İngiltərənin “Nyukasl” klubu Portuqaliya “Benfika”sının futbolçusu Amar Dediçi transfer edib.
Sportify.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin müdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.
24 yaşlı oyunçu 37 nömrəli forma ilə çıxış edəcək.
Ötən mövsüm Dediç Portuqaliya çempionatında 24 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Nyukasl”ın hazırkı baş məşqçisi Mattias Yayssle ilə Avstriyanın “Liferinq” və “Zaltsburq” komandalarında da birlikdə çalışıb.
Qeyd edək ki, transfermarkt Amar Dediçə 36 milyon avro qiymət qoyub.



No Comment! Be the first one.