“Aston Villa” iki futbolçunun transferini açıqladı
İngiltərənin “Aston Villa” klubu heyətinə iki yeni futbolçu qatıb.
Sportify.az xəbər verir ki, Birmingem təmsilçisi İtaliya “Parma”sından Yaponiya millisinin qapıçısı Zayon Sudzuki, İspaniya “Atletiko Madrid”indən isə İtaliya millisinin müdafiəçisi Matteo Ruceri ilə müqavilə imzalayıb.
23 yaşlı Sudzuki 2024-cü ildə “Sent Trüyden”dən “Parma”ya keçib. Yaponiyalı qapıçı İtaliya klubunda 57 oyunda meydana çıxıb. Onun “Aston Villa”ya keçidi 30 milyon avro ilkin ödəniş və bonuslarla birlikdə 35 milyon avroya qədər yüksələ biləcək.
24 yaşlı Ruceri isə ötən ilin yayında “Atalanta”dan “Atletiko Madrid”ə transfer olunmuşdu. O, Madrid klubunda keçirdiyi bir mövsümdə bütün turnirlərdə 47 oyuna çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rucerinin “Aston Villa”ya keçidinin 18 milyon avro sabit ödəniş və 6 milyon avroya qədər bonuslardan ibarət olduğu bildirilir.



No Comment! Be the first one.