Kamilo Duran: "Seltik"ə 2 qolla kömək etdiyim üçün çox xoşbəxtəm
“İki qolla komandama kömək etdiyim və xüsusilə “Seltik Park” kimi gözəl bir stadionda buna nail olduğum üçün çox xoşbəxtəm. Bu köməyi davam etdirəcəyimə ümidvaram”.
Sportify.az xəbər verir ki, bunu Şotlandiya “Seltik”inin futbolçusu Kamilo Duran evdə Avstriya LASK-ına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən klub televiziyasına danışarkən deyib.
Klubun doğma arenasında debütünü dəyərləndirən kolumbiyalı hücumçu azarkeş dəstəyini xüsusi vurğulayıb: “İnanılmaz idi. Azarkeşlərlə birgə gözəl bir gecə yaşadıq, stadion tamamilə dolu idi və onlar əvvəldən bəri bizi həmişə dəstəkləyiblər”.
Daha əvvəl “Qarabağ”ın heyətində Çempionlar Liqasında qollar vurduğunu xatırladan forvard bugecəki performansının onun üçün önəmindən söz açıb: ”İndi təvazökarlıqla çalışmağa davam etməliyik və ümid edirik ki, növbəti matçda mərhələni keçməyi bacaracağıq. Burada, öz evimizdə nə etmişiksə, eynisini səfərdə də təkrarlamalıyıq. Düşünürəm ki, yaxşı oyun göstərdik. Lakin qarşıda hələ bir oyunumuz da var və orada da əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirik ki, səfərdə də eyni dərəcədə yaxşı oyun nümayiş etdirəcəyik və əsas hədəfimiz olan mərhələni keçmək tapşırığının öhdəsindən gələcəyik”.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də keçiriləcək.



No Comment! Be the first one.