“Aston Villa”da yeni transfer
İngiltərənin “Aston Villa” klubu “Vest Hem”in sağ cinah müdafiəçisi Aaron Van-Bissakanı icarəyə götürüb.
Sportify.az xəbər verir ki, 28 yaşlı Konqo Demokratik Respublikası millisinin üzvü ilə bir mövsümlük icarə müqaviləsi imzalanıb.
Məlumata əsasən, müqavilədə 18 milyon avro məbləğində məcburi satınalma bəndi də yer alıb.
Van-Bissaka yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, futbolçu daha əvvəl “Kristal Pelas”, “Mançester Yunayted” və “Vest Hem” klublarında çıxış edib.



No Comment! Be the first one.