Ayşən Abduləzimova: Çox səhv etdik, boynumuza alırıq – MÜSAHİBƏ – VİDEO
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının kapitanı Ayşən Abduləzimova Bakıda keçirilən Avropa çempionatının C qrupunda Portuqaliya üzərində 3:1 hesablı qələbə qazandıqları açılış oyunundan sonra brifinq keçirib.
Təcrübəli oyunçu Sportify.az-ın da suallarını cavablandırıb:
– Portuqaliya üzərində qələbəni necə dəyərləndirirsiniz?
– Doğma azarkeşlərimiz önündə oynayırdıq. Həyəcan var idi. Evdə oynamaq bir qədər həyəcanlıdır. Burada azarkeşlərimizə çox “sağ ol” bildirmək istəyirəm, hamısı gəldi, hamısı dəstəklədi. 3:1 qazandıq, əsas qazanmaq idi. Çox səhvlər etdik, boynumuza alırıq. Gələn oyunlarda daha az səhvlə oynamalıyıq.
– Növbəti oyununuz İspaniyaya qarşı olacaq. Nə gözləyirsiniz?
– Düşünürəm ki, var gücümüzlə, daha az səhvlə oynasaq, məncə, yaxşı olar.
– Portuqaliya qrupun ən zəif komandası sayılır. Bu rəqiblə oyunda xeyli çətinlik çəkirsinizsə, daha güclü rəqiblərlə oyunlarda nəyə ümid edirsiniz?
– Dediyim kimi, həyəcan var idi. Oyunçularımızın müəyyən mövqe dəyişiklikləri oldu – bilmirəm fikir verdiniz, ya yox. Mövqe dəyişiklikləri oldu, oyunçular özlərini yeni mövqelərdə rahat hiss etmirdilər. Amma düşünürəm ki, önəmli olan qələbə idi.
– Qarşıdakı oyunlarda nəticələr necə olacaq?
– Yaxşı olacaq.
- Qrupdan çıxmaq hədəfi yenə qüvvədədir?
– Məqsəd budur.




No Comment! Be the first one.