MOİK-in futbolçusu 11 dəqiqəyə ağır zədə aldı
Rusiya MOİK-inin futbolçusu Dmitri Barinovun dizində çarpaz bağ yırtığı aşkarlanıb.
Sportify.az xəbər verir ki, bu diaqnoz 29 yaşlı yarımmüdafiəçinin keçdiyi MRT müayinəsinin nəticələrinə əsasən qoyulub.
Zədənin dəqiq dərəcəsi və bərpa müddəti yaxın günlərdə müəyyənləşəcək.
Barinov Rusiya Premyer Liqasının V turunda “Lokomotiv”ə qarşı keçirilən və MOİK-in 3:2 hesablı qələbəsi ilə başa çatan matçın 71-ci dəqiqəsində meydana çıxıb. Yarımmüdafiəçi cəmi 11 dəqiqə sonra aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib.
Futbolçunun zədəsinin ağırlığı və yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı əlavə məlumatın yaxın zamanda açıqlanması gözlənilir.


No Comment! Be the first one.