Cüdoçularımız Türkiyədə 4 medal qazandı
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.
Sportify.az xəbər verir ki, yarışda mübarizə aparan yığmanın 4 üzvünün hər biri medal qazanıb.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.




No Comment! Be the first one.