“Trabzonspor” Salahın keçmiş komanda yoldaşını da aldı
Braziliya millisinin və İngiltərə “Liverpul”unun sabiq futbolçusu Fabinyo Türkiyənin “Trabzonspor” klubuna keçib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiə ilə azad agent qismində müqavilə bağlanılıb.
Fabinyo bu gün Türkiyəyə gəlib və yeni klubunun formasını geyinərək azarkeşlərə təqdim olunub.
O, yayda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrıldıqdan sonra azad agent statusu almışdı. “Sambaçı” 2023-cü ildə “Liverpul”dan “Əl-İttihad”a keçmişdi.
Qeyd edək ki, Fabinyo 2018 – 2023-cü illərdə “Liverpul”un formasını geyinib. O, Mersisayd təmsilçisinin heyətində Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2019/20) və digər titulların sahibi olub.
Fabinyonun “Trabzonspor”da keçmiş “Liverpul” komanda yoldaşı Məhəmməd Salahla yenidən birgə çıxış etməsi də diqqət çəkir. İki futbolçu İngiltərə klubunda beş mövsüm birlikdə oynayıb və 2019-cu ildə Çempionlar Liqasını qazanıblar.




No Comment! Be the first one.