“Qarabağ”ın iki futbolçusu sıraya döndü
“Qarabağ”ın futbolçusu Pedro Bikalyonun zədəsi tam sağalıb.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
Renaldo Sefasın müalicəsi isə davam edir. Futbolçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun Niderland “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer alma ehtimalı var.
Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
Hücumçu Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.



No Comment! Be the first one.