"Tvente"də ciddi itkilər: Bombardir "Qarabağ"a qarşı oynamayacaq
Niderlandın “Tvente” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyununda iki əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sportify.az xəbər verir ki, hücumçu Sam Lammers və yarımmüdafiəçi Kristian Hlinsson qarşılaşmaya hazır deyil və Bakıya gətirilməyəcəklər.
Hlinssonun yoxluğu “Tvente” üçün ciddi itki hesab olunur. İslandiyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 12 qol vuraraq komandanın ən məhsuldar oyunçusu olub. O, Azərbaycan yığmasına qarşı 2026-cı il dünya çempionatının seçmə matçında da çıxış edib. 22 yaşlı forvard 2025-ci il sentyabrın 5-də 5:0 hesabı ilə qalib gəldikləri oyunda sonuncu qolun müəllifi olub.
Lammers də “Qarabağ”la oyunu buraxacaq. Hücumçu son həftələrdə demək olar ki, oynamayıb və Vaut Veqhorstla Lukas Venqoor Hesselininkdən sonra üçüncü hücumçu rolunda çıxış etməsini açıq şəkildə tənqid edib.
Bundan əlavə, müdafiəçi Stav Lemkinin də zədəsi davam edir.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Azərbaycan komandası Niderlandda qələbə qazanıb – 1:0.



No Comment! Be the first one.