Duranın komandası Çempionlar Liqası ilə vidalaşdı
UEFA Çempionlar Liqasının əsas mərhələsinə təsnifat yolu ilə vəsiqə qazanan ilk 3 komandanın adına aydınlıq gəlib.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah”ın ardından bu hüquqa Norveçin “Budö Qlimt” və Avstriyanın LASK komandaları da nail olub.
“Budö Qlimt” Niderlandda 3:1 hesabı ilə məğlub etdiyi “NEK Neymegen”ə öz meydanında da qalib gəlib – 3:0.
LASK isə Şotlandiyada 0:3 hesabı ilə uduzduğu “Seltik”ə cavab görüşünün əsas vaxtında 4:1 hesabı ilə qalib gələrək, oyunu əlavə vaxta aparıb. Bu bölümdə isə Avstriya təmsilçisi daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib – 5:1.
Beləliklə, bu yay “Qarabağ”dan Kamilo Duran və “Budö Qlimt”dən Kasper Höqü transfer edən “Seltik” Çempionlar Liqasının yox, Avropa Liqasının əsas mərhələsində oynamalı olacaq.



No Comment! Be the first one.