Tahir Gözəl “Sabah”ı belə təbrik etdi
“Qarabağ”ın prezidenti Tahir Gözel “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə paytaxt təmsilçisini təbrik edib.
Sportify.az xəbər verir ki, Tahir Gözel Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında “Sabah”ın uğurunu Azərbaycan futbolu üçün böyük nailiyyət kimi dəyərləndirib.
Onun sözlərinə görə, belə bir qələbəyə Tofiq Bəhramov adına Respublika stadionunda canlı şahidlik etməsi özünə də xüsusi qürur və sevinc hissləri bəxş edib: “Azərbaycan bayrağı Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq. Bu, nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz və xalqımız adına böyük nailiyyətdir. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”.
Qeyd edək ki, “Sabah” komandası tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv pley-off mərhələsində İspail “Hapoel Beer Şeva”sını əlavə vaxtda üstələyib: 1:2; 5:2 (əsas vaxt – 3:2).



No Comment! Be the first one.