AFFA iki məşqçini futbol fəaliyyətindən məhrum etdi
AFFA iki məşqçini futboldan uşaqlaşdırıb.
Sportify.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar qəbul edib.
“Binə”nin məşqçisi Məmmədəli Ağatalıbov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 3 (üç) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.
“Binə”nin U-15 komandasının baş məşqçisi Samir Abdullayevə futbolla bağlı sənədlərə lazımi nəzarət etməməsinə görə xəbərdarlıq edilib.
Eyni zamanda, “Viləş”in prezidenti Mirələm Həşimov isə futbolla bağlı sənədləri təhrif etdiyinə görə 1 (bir) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilib.



No Comment! Be the first one.