“Bavariya” futbolçunu 51 milyona aldı, 14 milyona satdı
Portuqaliya “Benfika”sı Almaniya “Bavariya”sının futbolçusu Joau Palyinyanı transfer edib.
Sportify.az Lissabon klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilədək müqavilə bağlanılıb.
Bu keçidin 14 milyon avroya başa gəldiyi bildirilir.
“Bavariya” Palyinyanı 2024-cü ildə İngiltərə “Fulhem”indən 51 milyon avroya alıb. Lakin futbolçu Münhen komandasında möhkəmlənə bilməyib. Ötən mövsüm “Tottenhem”də icarə əsasında çıxış etmiş təcrübəli oyunçunun dəyəri də aşağı düşüb.
Qeyd edək ki, Palyinya “Sportinq”in yetirməsidir.



No Comment! Be the first one.