Çempionlar Liqası: Əsas mərhələnin bütün iştirakçıları bəlli oldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportify.az xəbər verir ki, əsas mərhələyə sonuncu vəsiqəyə Slovakiyanın “Slovan Bratislava” komandası sahib çıxıb.
Ötənlərin tanınmış futbolçusu Yaya Turenin baş məşqçi olduğu kollektiv Sloveniyada “Tsele”ni əlavə vaxtda məğlubiyyətə uğradıb – 2:1.
Daha əvvəl isə Türkiyənin “Fənərbağça”, Yunanıstanın “AEK Afina” və Norveçin “Vikinq” klubu da Liqa mərhələsinə yüksəlib.
Beləliklə, Norveç də Türkiyə kimi əsas raundda iki komanda ilə təmsil olunacaq. Daha əvvəl “Budö Qlimt” pley-offu uğurla dəf edib.
İlk oyun günündə həmçinin Azərbaycanın “Sabah” və Avstriyanın LASK klubları da Çempionlar Liqasının “36-lığ”ına daxil olmağı bacarıb.




No Comment! Be the first one.