“Çelsi”nin hücumçusu klubunu dəyişdi
İngiltərənin “Nottingem Forest” klubu “Çelsi”nin futbolçusu Liam Delapı transfer edib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Delap ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 47 matçda meydana çıxıb. Onlardan 5-i UEFA Çempionlar Liqasında olub. Hücumçu turnirdə ilk qolunu İspaniya “Barselona”sını 3:0 hesabı ilə məğlub etdikləri görüşdə vurub.
Daha əvvəl transfer məbləğinin təxminən 52 milyon avro olacağı barədə məlumat yayılmışdı.



No Comment! Be the first one.