"Neftçi"dən növbəti transfer - RƏSMİ
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Surinam əsilli belçikalı sağ vinger Denzel Jubita ilə 2 illik müqavilə bağlanıb.
27 yaşlı oyunçu 22 nömrəli formanı geyinəcək.

Əsasən sağ vinger mövqeyində çıxış edən Jubitana komandanın oyun sistemindən asılı olaraq hücumda müxtəlif mövqelərdə oynaya bilir. O, ötən mövsüm sonuncu klubu “Atromitos”un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.
Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.



No Comment! Be the first one.