"Trabzonspor" "Sabah" və "Qarabağ"ın rəqibləri ilə oynayacaq
Türkiyənin “Trabzonspor” klubunun UEFA Konfrans Liqasının liqa mərhələsindəki rəqibləri müəyyənləşib.
Sportify.az xəbər verir ki, Monakodakı “Grimaldi Forum”da keçirilən püşkatmada Türkiyə təmsilçisinin rəqibləri “Frayburq” (Almaniya), “Srvena Zvezda” (Serbiya), “KuPS” (Finlandiya), “Harts” (Şotlandiya), “Yablonets” (Çexiya) və “MOİK Sofiya” (Bolqarıstan) olub.
“KuPS” Çempionlar Liqasının, “MOİK Sofiya” isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, “Sabah” və “Qarabağ”ın rəqibləri olub.
“Trabzonspor” oyunların 3-nü evdə, 3-nü səfərdə keçirəcək:
Ev: “Frayburq”, “Harts”, “Yablonets”
Səfər: “Srvena Zvezda”, “KuPS”, CSKA Sofiya
Püşkatmanı isə vaxtilə “Beşiktaş”ın formasını geyinmiş Metin Tekin həyata keçirib.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün finalı 2 iyun 2027-ci ildə İstanbuldakı “Tüpraş” stadionunda keçiriləcək.
Sizə daha yaxşı xidmət göstərmək və saytımızın təcrübəsini təkmilləşdirmək üçün kukilərdən (cookies) istifadə edirik. Saytdan istifadə etməyə davam edərək kukilərin istifadəsinə razılıq verirsiniz
No Comment! Be the first one.