"Portu"nun hücumçusu "Qalatasaray"da - RƏSMİ
Türkiyənin “Qalatasaray” klubu Portuqaliya “Portu”sunun futbolçusu Deniz Gülü transfer edib.
Sportify.az “sarı-qırmızılar”ın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Anlaşmaya əsasən, “Portu”ya 10 milyon avro ödəniləcək. Bundan əlavə, Gülün növbəti satışından əldə olunacaq gəlirin 10 faizi Portuqaliya klubuna veriləcək.
Türkiyə millisinin forvardına isə hər mövsüm üçün 1,5 milyon avro xalis zəmanətli maaş ödəniləcək.
Qeyd edək ki, Deniz Gül “Portu”da 2024-cü ildən çıxış etməyə başlayıb. O, iki mövsüm ərzində bütün turnirlərdə 71 oyuna çıxıb və 9 qol, 2 məhsuldar ötürmə müəllifi olub.



No Comment! Be the first one.