AAF-dan Fazilə İmanovanın dopinq cəzası ilə bağlı açıqlama
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) idmançı Fazilə İmanovanın dopinq-testdən keçə bilməməsi səbəbindən cəzalandırılmasına münasibət bildirib.
Bu barədə AAF-ın mətbuat katibi Mehman Rəsulov Sportify.az-a açıqlama verib.
Onun sözlərinə görə, test götürülən zaman İmanova heç bir yarışda iştirak etməyib və Azərbaycan millisinin düşərgəsində olmayıb: “Bu idmançı test götürüldüyü müddətdə hər hansı yarışda olmayıb, milli komandanın düşərgəsində olmayıb və yığmanın üzvü olmayıb. Bu il ümumiyyətlə, heç bir təlim-məşq toplanışına dəvət almayıb”.
Rəsulov onu da əlavə edib ki, Azərbaycan Milli Antidopinq Agentliyi istənilən idmançıdan dopinq testi götürə bilər: “Bu, problem deyil”.
Qeyd edək ki, Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 illik diskvalifikasiyaya məruz qalıb. Cəza 15 may 2026-cı ildən qüvvəyə minib.



No Comment! Be the first one.