FIFA-dan Türkiyə klubuna daha bir ŞOK cəza
Maliyyə problemləri və FIFA-dakı borc işləri ilə gündəmdə olan Türkiyənin “Adana Dəmirspor” klubu daha bir ağır cəza ilə üzləşib.
Sportify.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, FIFA İntizam Komitəsinin qərarları əsasında Adana təmsilçisinin ümumilikdə 4 iş üzrə 24 xalı silinib.
TFF-dən bildirilib ki, belə bir tədbir FIFA İntizam Komitəsinin müvafiq qərarları əsasında görülüb.
“Adana Dəmirspor” bundan əvvəl də xal itkisi ilə cəzalandırılmışdı. Avqustun 14-də klubun 3 ayrı iş üzrə ümumilikdə 18 xalının silindiyi açıqlanmışdı.
Beləliklə, tətbiq olunan son cəza ilə birlikdə klubun ümumilikdə 48 xalı silinib. Nəticədə komanda yeni mövsümə -48 xalla başlayacaq.
Qeyd edək ki, “Adana Demirspor” Türkiyənin II Liqasında mübarizə aparır. Bu liqa sentyabrın 6-da start götürəcək.



No Comment! Be the first one.